Rusiyada gündəlik yoluxma 40 mini keçdi, 1189 nəfər öldü

Rusiyada gündəlik yoluxma 40 mini keçdi, 1189 nəfər öldü
  03 Noyabr 2021    Oxunub:1152
Rusiyada son sutka ərzində daha 40 443 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların sayı 8 633 643 nəfərə çatıb.

Ötən gün Rusiyada 1189 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 242 060 nəfərə çatıb. İndiyədək 7 445 438 xəstə sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Virus  



Xəbər lenti