Sudanın baş naziri yeni hökumətinə başçılıq etməyə razılaşıb

Sudanın baş naziri yeni hökumətinə başçılıq etməyə razılaşıb
  03 Noyabr 2021    Oxunub:760
Sudanın baş naziri Abdullah Hamduk ölkənin yeni hökumətinə başçılıq etməyə razılaşıb.
AzVision.az xəbər verir ki, bu barədə “Al Arabia” kanalı məlumat yayıb.

“Hamduk ölkədəki son etirazlar zamanı siyasi motivlərlə həbs olunanların hamısının azadlığa buraxılması şərti ilə yenidən hökumətə başçılıq etməyə razılaşıb”, - açıqlamada vurğulanıb.

Telekanalın mənbələrinə görə, hökumətə müstəqil texnokratlar daxil olacaq.

Xatırladaq ki, Sudanda hərbçilər oktyabrın 25-də dövlət çevrilişinə cəhd zamanı baş nazir Abdullah Hamduk və bir neçə hökumət üzvünü saxlamışdılar. Sonra ölkənin keçid dövrünün Suveren Şurasının rəhbəri Əbdülfəttah əl-Burxan fövqəladə vəziyyətin tətbiqi və hökumət orqanlarının buraxıldığını elan etdi.

Oktyabrın 27-də Hamduk azad edilib və evə qayıdıb.
AzVision.az



Teqlər: Sudan   Baş-nazir  





Xəbər lenti