Pakistanda avtobus qəzaya uğrayıb, 23 nəfər ölüb

Pakistanda avtobus qəzaya uğrayıb,    23 nəfər ölüb
  03 Noyabr 2021    Oxunub:989
Pakistanın Azad Cammu Kəşmir bölgəsində Ravalpindi istiqamətinə hərəkət edən sərnişin avtobusunun dərəyə aşması nəticəsində 23 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə "Geo.tv" məlumat yayıb.

Avtobusda 30-dan çox sərnişin olub, yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi məlum deyil.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Pakistan   Qəza  



Xəbər lenti