Zelenski müdafiə naziri vəzifəsinə yeni namizəd irəli sürdü

   Zelenski müdafiə naziri vəzifəsinə yeni namizəd irəli sürdü
  03 Noyabr 2021    Oxunub:1263
Ukrayna Ali Radası müdafiə naziri Andrey Taranın istefaya göndərilməsi barədə qərar qəbul edib.
AzVision.az “RİA Novosti”yə istinadən bildirir ki, 341 deputat qərarın lehinə səs verib.

Artıq Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə nazir vəzifəsinə yeni namizəd irəli sürüb. Bu, baş nazirin müavini Aleksey Reznikovdur.

Ukrayna Konstitusiyasına əsasən, Prezident xarici işlər və müdafiə naziri postuna namizədlər parlamentə təqdim edir. Qanunverici orqanın həmin nazirləri vəzifədən azad etmək səlahiyyəti var.

Xatırladaq ki, Andrey Taran 2020-ci ilin martında Ukraynanın müdafiə naziri təyin olunmuşdu.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti