Rusiyada təyyarə qəzasında yeddi nəfər həlak olub

Rusiyada təyyarə qəzasında yeddi nəfər həlak olub
  03 Noyabr 2021    Oxunub:870
Rusiyanın İrkutsk vilayətində "An-12" təyyarəsinin qəzaya uğraması nəticəsində bütün ekipaj həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev deyib.

Təyyarənin göyərtəsində 7 nəfər olub. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, ərzaq daşıyan "An-12" Çukotkadan qayıdırmış. Eniş zamanı ekipajla əlaqə kəsilib. Qəza yerində beş nəfərin qalıqları tapılıb.

Faktla cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.

AzVision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti