Niderland və Fransada Zəfər Gününə həsr edilmiş tədbirlər keçiriləcək

Niderland və Fransada Zəfər Gününə həsr edilmiş tədbirlər keçiriləcək
  03 Noyabr 2021    Oxunub:823
Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirirlər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az - a verilən məlumata görə, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Eldar Quliyev və Soltan Məmmədov noyabrın 3-dən 10-na kimi öncə Niderland Krallığının Haaqa şəhərində, sonra isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq, bu ölkələrdəki Azərbaycan səfirliklərinin Zəfər Gününə həsr edilmiş tədbirlərində iştirak edəcəklər.

Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.

AzVision.az



Teqlər: Zəfər-Günü  





Xəbər lenti