Özbəkistanda sosial şəbəkələrin işi məhdudlaşdırılıb

Özbəkistanda sosial şəbəkələrin işi məhdudlaşdırılıb
  03 Noyabr 2021    Oxunub :380
Özbəkistanın nəzarət orqanları “Telegram”, “Facebook”, “Odnoklassnik” və “YouTube” sosial şəbəkələrinin işini məhdudlaşdırıb.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb şəxsi məlumatlar haqqında qanunvericiliyin pozulmasıdır.

Qeyd olunub ki, ölkənin İnformasiya və Telekommunikasiya sahəsinə nəzarət üzrə Dövlət Müfəttişliyi (Uzkomnadzor) “Odnoklassnik”, “YouTube”, “LinkedIn”, “Instagram”, “Facebook” sosial şəbəkəsi və “Telegram” messencerini şəxsi məlumatların subyektlərinin hüquqlarını pozanların reyestrinə daxil edib.

“Özbəkistan ərazisində müəyyən edilmiş nöqsanlar aradan qaldırılana qədər sosial şəbəkələrin işi məhdudlaşdırılır”, - açıqlamada vurğulanıb.

AzVision.az


Teqlər: Özbəkistan  







Xəbər lenti