"Çox səmərəli müzakirələrin aparılacağına ümid edirəm" - İsmail Serageldin
O qeyd edib: "Sizin hər birinizi yenidən Bakıda görməkdən, Nizami Gəncəvi ailəsinin bir üzvü olmaqdan çox şadam. Bizi maraqlandıran, narahat edən məsələləri müzakirə edəcəyik, dünyanı narahat edən çağırışları müzakirə edəcəyik. Dünyanın hər yerindən bu foruma qoşulanlar var və ümid edirəm ki, forum çərçivəsində çox səmərəli müzakirələr aparacağıq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək. Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.
"Nizami Gəncəvi: Şair və Müdrik" kitabının müəllifi Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Sarıgeldin, "Nizami Gəncəvinin Yeddi Gözəl və Ədəbiyyat barədə digər Esselər" kitabının müəllifi isə Latvianın keçmiş prezidenti Vayra Vike-Freyberqadır.
AzVision.az
Teqlər: Nizami-Gəncəvi Qlobal-Forum







Vaxtında, Aydın, Lazımlı!


