İtən erməni hərbçini Azərbaycanda tapacağına söz verən dələduz tutulub

 İtən erməni hərbçini Azərbaycanda tapacağına söz verən dələduz tutulub
  04 Noyabr 2021    Oxunub:673
Qarabağ müharibəsində itkin düşmüş erməni hərbçini Azərbaycanda tapacağına söz verən və dələduzluq yolu ilə onun anasından 3 milyon 460 min dram (7 min dollardan çox) pul alan şəxs həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

H.M. adlı kişi itkin düşmüş şəxsin anası ilə əlaqə saxlayıb, oğlunun tapılmasına kömək göstərməyi təklif edib. Həmin şəxs itkin süşmüş erməni hərbçini guya Azərbaycandakı həbsxanaların birində tapdığını və onu Bakıdan aparmağa hazır olduğunu deyib. Bu “xidmət” üçün iyul-avqust aylarında həmin şəxs yuxarıdakı məbləği istəyib.

O saxlanılıb, daha sonra ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Dələduzluq edən şəxsi 8 ilə qədər həbs gözləyir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Dələduzluq  





Xəbər lenti