"Müharibədə din xadimləri orduya dəstəklərini əsirgəməyiblər" - Allahşükür Paşazadə
O deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla bərabər bu istiqamətdə genişşaxəli fəaliyyətinin bütün istiqamətləri, o cümlədən, erməni kilsəsinin dini-ideoloji müstəvidə Azərbaycana qarşı qarayaxma kampaniyalarının qarşısının alınması yönündə apardığı miqyaslı mübarizə barədə Azərbaycan xalqı və dünya ictimaiyyəti bütün həqiqətləri bilməlidir.
QMİ sədri qeyd edib ki, Vətən müharibəsi dövründə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan din xadimləri Zəfərin qazanılması, dövlətimizin haqq işinin qələbəsi naminə fədakar zəhmət çəkib, mənəvi cəbhədə rəşadətlər göstərib, qəhrəman şəhidlərin şəhidlik məqamına layiq şəkildə yüksək səviyyədə dəfn ayinlərinin və anım mərasimlərinin həyata keçirilməsində gecəli-gündüzlü xalqa xidmətdə olub, orduya dəstəklərini əsirgəməyiblər: "Bu məqamda, hər zaman Azərbaycan həqiqətlərini dünya çapında müdafiə edən, dünyaya haqq səsimizin ucaldılmasında birlik nümayiş etdirib, bu gün Fəxri Xiyabanda uyuyan mərhum pravoslav qardaşımız Arxiyepiskop Aleksandr həzrətlərini də rəhmətlə yad edirəm".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


