Latviyanın sabiq prezidenti Avropa İttifaqını tənqid etdi

   Latviyanın sabiq prezidenti Avropa İttifaqını tənqid etdi
  04 Noyabr 2021    Oxunub:736
Avropa İttifaqına üzv ölkələri arasında ədalətsizlik mövcuddur. Taleyüklü məsələlərin həllində məhz quruma üzv olan kiçik dövlətlər səslərini çıxarmalıdırlar. AzVision.az xəbər verir ki, VIII Qlobal Bakı Forumunda çıxışı zamanı Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga deyib.
Onun sözlərinə görə, Sovet İttifaqı dağılandan sonra bir sıra ölkələr Avropa İttifaqına daxil olub: "Həmin ölkələr bir sıra təzyiqlərlə üzləşdilər. Lakin bu ölkələrdə demokratikləşmə yarandı".

Latviyanın sabiq prezidenti qeyd edib ki, BMT təşkilatı yenidən qurulmalıdır: "BMT üzv dövlətlərin çağırışına cavab verməlidir. BMT dünyanı nizmalayan qaydaları qəbul edir. 2011-dən bəri gündəmdə qalan məsələlər yerinə yetirilməyib. Elə bir sistem qurulmalıdır ki, dünyanşn bunun ətrafında necə çalışaması müəyyən edilməlidir.

Bu vəzifəni BMT-nin Baş Assambleyası yerinə yeritə bilər. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının rolu danılmazdır, lakin praktiki səviyydə işi sual altında qalır. Vaskinləşmə dünyada ədalətli paylanmır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Avropa   Azərbaycan  



Xəbər lenti