Nazir Ermənistanla münasibətlərin normallaşması üçün şərti açıqladı

 Nazir Ermənistanla münasibətlərin normallaşması üçün şərti açıqladı
  04 Noyabr 2021    Oxunub:1358
Ötən il zəfərlə tamamlanan Vətən müharibəsi əməkdaşlığın genişləndirilməsinə yeni üfüqlər açıb.
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib. O bildirib ki, beynəlxalq səviyyədə tanınan sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq:

"Azərbaycan aktiv layihələrdə iştirak edir. Gürcüstan və Türkiyə ilə geniş enerji layihələrinə imza atmışıq. İqtisadi ölçü ilə yanaşı, bu səpkidə olan layihələr regionda təhlükəsizliyi gücləndirir, sülh prosesini qaçılmaz edir. Qonşu ölkələr bu təşəbbüsə dəstək göstərir. Bu layihələr Cənubi Qafqazın inkişafını töhfə verməklə yanaşı, bütün dünyada müsbət təsirlərə malik olacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: XİN   Region  





Xəbər lenti