"Türkiyə ilə Azərbaycan yeni layihələr üzərində düşünür" - Binəli Yıldırım

   "Türkiyə ilə Azərbaycan yeni layihələr üzərində düşünür" -    Binəli Yıldırım
  04 Noyabr 2021    Oxunub:1218
“Hazırda kütləvi qırğın silahlarının istifadə olunmasının şahidi oluruq. Bu, qlobal problemlərdir, biz bunların aradan qaldırılması üçün əməkdaşlıqları genişləndirməliyik” AzVision.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunda çıxış edərkən deyib.
O bildirib ki, regionda Azərbaycan, Türkiyə və Gürcüstan arasında birgə layihələr həyata keçirilib: “Bakı-Tbilisi-Qars layihəsi Çinə yükdaşımaların həyata keçirilməsi üçün vacibdir”,-deyə o əlavə edib.

B.Yıldırım Zəngəzur dəhlizindən də söz açıb: “Regionun altı ölkəsi (Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan - Red) birgə əməkdaşlıqla gələcəyə töhfə verə bilər. Türkiyə ilə Azərbaycan arasında bir çox layihələr həyata keçirilib. Biz artıq yeni layihələr üzərində düşünürük”,-deyə B.Yıldırım söyləyib. B.Yıldırım Hindistanın da yeni layihələrdə iştirakının da vacibliyini vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan  



Xəbər lenti