Ehud Barak ABŞ-ın Çin siyasətindən narazıdır

   Ehud Barak ABŞ-ın Çin siyasətindən narazıdır
  04 Noyabr 2021    Oxunub:635
"Cozef Bayden administrasiyası Çini düşmən kimi elan edə bilər. Amma bu düzgün yanaşma deyil".
AzVision.az xəbər verir ki, bunu İsrailin sabiq Baş Naziri Ehud Barak VIII Bakı Qlobal Forumunda " Yeni dünya iqtisadiyyatı" adlı keçirilən paneldə çıxış edərkən deyib.

"Biz azad dünyayıq və ittifaqlar, koalisiya yaratmalıyıq. Bunun üçün üç istiqamət əsas götürülməlidir. Amerika ticarət şirkətləri Çin ticarət şirkətləri ilə düşmənçilikdən qaçırlar. Müxtəlif müttəfiqlər də yol kəsişməsində qalmaq istəmir. Düşünürəm ki, Amerika cəmiyyəti çox mübarizdir. Ona görə də bu tendensiya kökündən kəsiləcək", - deyə o, əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: Çin  





Xəbər lenti