ABŞ-ın Cənubi Qafqazdakı səfirləri İrəvanda görüşüb

   ABŞ-ın Cənubi Qafqazdakı səfirləri İrəvanda görüşüb
  04 Noyabr 2021    Oxunub:1296
ABŞ-ın Azərbaycan, Ermənistan və Gürcüstandakı səfirləri Li Litzenberger, Linn Treysi, Kelli Denqan, eləcə də dövlət katibinin müavini Erika Olson, Qafqazda danışıqlar üzrə müşavir Endryu Şofer və USAID təşkilatının administratorunun köməkçisinin müavini Aleksadr Sokolovski Vaşinqtonun İrəvandakı səfirliyinin ev sahibliyi ilə regional missiyaların rəhbərlərinin görüşündə iştirak ediblər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyi məlumat yayıb.

"COVİD-19 pandemiyası səbəbindən biz keçən il bu tədbiri həyata keçirə bilməmişdik. Bu il ənənəvi olan görüşü keçirməkdən və həm bölgədə çalışan, həm də Vaşınqtondan gələn həmkarlarımız arasında fikir müdadiləsini təşkil etməkdən məmnunuq", - açıqlamada vurğulanıb.

Qeyd olunub ki, pandemiyadan öncə ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi ediblər: "Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30-cu ildönümünə yaxın olan zamanda regionun daha təhlükəsiz, sabit və firavan gələcəyin qurulmasi naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq".


Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Səfirlər   Görüş  



Xəbər lenti