Britaniya yeni koronavirus dərmanından istifadə edəcək ilk ölkə oldu

Britaniya yeni koronavirus dərmanından istifadə edəcək ilk ölkə oldu
  04 Noyabr 2021    Oxunub:592
Böyük Britaniya dünyada COVID-19-un müalicəsi üçün molnupiravir dərmanından istifadəni təsdiqləyən ilk ölkə oldu.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid Twitter səhifəsində məlumat verib.

"Bu gün ölkəmiz üçün tarixi bir gündür. Böyük Britaniya dünyada ilk dəfə olaraq evdə qəbul edilə bilən koronavirusa qarşı antiviral dərmanı təsdiqləyib", - Cavid bildirib.

Qeyd edək ki, dərman koronavirus əleyhinə dünyada ilk oral antiviral dərman sayılır. Yəni xəstələr onu ev şəraitində qəbul edə bilərlər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Koronavirus   Dərman  





Xəbər lenti