İrəvanda kütləvi zəhərlənmə olub

İrəvanda kütləvi zəhərlənmə olub
  05 Noyabr 2021    Oxunub:608
İrəvanda 15 nəfər pizzadan zəhərlənib və bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, onların arasında 10 və 13 yaşlı iki uşaq da var. Zəhərlənənlərin hamısının paytaxtda yerləşən “Taşir Pizza” şəbəkəsinin qida məntəqələrinə baş çəkdiyi vurğulanıb.

Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İrəvan   Zəhərlənmə  





Xəbər lenti