Ermənistanda yoxsulluğun səviyyəsi 7% artıb

Ermənistanda yoxsulluğun səviyyəsi 7% artıb
  05 Noyabr 2021    Oxunub:485
Dünya Bankı 2021-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsinin 7% artdığını qeydə alıb.
AzVision.az xəbər verir ki, bu barədə "Hayastan" fraksiyasının deputatı Tadevos Avetisyan Ermənistan parlamentinin iclasında deyib. O, maliyyə naziri Tiqran Xaçatryandan bununla bağlı hökumət tərəfindən hansı işlərin həyata keçidildiyini soruşub.

Erməni nazir hökumətin bu problemdən xəbərdar olduğunu bildirib. Bunun əsas səbəbi kimi cəmiyyətin bütün sahələrinə təsir göstərən inflyasiyanı göstərib. Xaçatryan hökumətin bu problemi həll etməyə çalışdığını vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan   Yoxsulluq  





Xəbər lenti