"Çalışmalyıq ki, o ağrılı tarix bir daha təkrar olunmasın" - Hafiz Paşayev
O bildirib ki, səfir olduğu dövrdə ulu öndər Heydər Əliyev hər dəfə ABŞ-a səfər edəndə əlində qovluqla Konqresdə və digər konfranslarda başa salmağa çalışırdı ki, Qarabağ haradadır və problemlərin səbəbi nədir: “Heydər Əliyev hər dəfə müəllim kimi izah verir, qarşılaşdığı suallara isə təəccüb edirdi. Hər dəfə suallar verilirdi ki, Azərbaycan niyə Qarabağdakı erməniləri blokadaya salıb, sülhə razı olmur. Bu, çox ağrılı məqamlar idi”.
H. Paşayev artıq bərpa və sülh üçün çalışmalı olduğumuzu vurğulayıb: “Biz çalışmalyıq ki, o ağrılı tarix bir daha təkrar olunmasın. Biz keçmişi, tarixi bilmədiyimiz üçün başımıza bəlalar gəlmişdi. Təəssüflə deməliyik ki, Qarabağa Sovet dövründə kifayət qədər diqqət yetirilməyib. Sovet dövründə AMEA-da çalışanda yadıma gəlmir ki, Qarabağla bağlı araşdırma aparaq, orada elmi ocaq yaradaq. Ona görə də tələbələrə də deyirəm ki, biz Zəfərə layiq olmalıyıq”.
AzVision.az
Teqlər: Hafiz-Paşayev Zəfər-Günü







Vaxtında, Aydın, Lazımlı!


