"Bu, ən qısa müddətli və ən az mülki itkilərlə yadda qalacaq müharibədir"

   "Bu, ən qısa müddətli və ən az mülki itkilərlə yadda qalacaq müharibədir"
  05 Noyabr 2021    Oxunub:852
“Azərbaycan hər zaman danışıqlar prosesinə sadiq qaldı. Əfsuslar olsun ki, strateji səbrimiz düzgün başa düşülmədi, Ermənistan bundan nəticə çıxarmadı”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “44 Günlük Zəfər Yolu” mövzusunda konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesini uzatmağa, ləngitməyə cəhdləri göstərirdi. Siyasi təxribatlara, ardınca hərbi təxribatlara əl atdı. Sentyabrın 27-də isə təxribatları geniş müstəviyə keçdi və əks-hücum əməliyyatına başladıq. Nəticə olaraq Azərbaycan əsgəri dövlətin sərhədlərini bərpa etdi.

"Azərbaycan beynəlxalq humanitar hüquqa uyğun müharibə apardı. Əfsuslar olsun ki, qurbanlar olmadan müharibə mümkün deyil. 10 min kvadrat metrdən çox ərazi azad edildi, iki ordu qarşı-qarşıya gəlmişdi. Belə bir müharibədə mülki qurbanların sayı dünyanın digər ölkələrində belə müharibədə olan mülki qurbanların sayından dəfələrlə azdır. Bu, dünya tarixində ən qısa müddətdə və ən az mülki itkilərlə yadda qalacaq bir müharibədir. Ermənistan isə ballistik raketlərlə gecə saatlarında ölkəmizin ikinci böyük şəhəri Gəncəni, digər şəhərlərimizi vuranda, mülki insanlarımız həlak olanda biz cavabı ancaq döyüş meydanında verdik. Prezidentin dediyi kimi, Ermənistan qalan torpaqlarımızı azad etməyə razılaşandan sonra biz dayandıq. Çünki sözümüz imzamız qədər dəyərlidir”.

AzVision.az


Teqlər: Ceyhun-Bayramov   Zəfər-Günü   Konfrans  





Xəbər lenti