"Əminəm ki, İran-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edəcək" - Nazir
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
XİN rəhbəri vurğulayıb ki, son həftələr qeyd olunan məqamlarla bağlı iranlı həmkarı ilə telefon danışıqları olub: “Diplomatik kanallarla rəsmi və qeyri-rəsmi məsləhətləşmələr oldu. Hesab edirəm ki, müsbət addımlar atılıb və bundan sonra da atılacaq. Əminəm ki, İran-Azərbaycan münasibətləri hər zaman olduğu kimi müsbət məcrada inkişaf edəcək. Bizi iki yaxın qonşu ölkə olaraq birləşdirən bağlar var. Biz birlikdə xalqlarımızın, dövlətimizin rifahı üçün layihələr icra edə bilərik”.
AzVision.az
Teqlər: Azərbaycan İran







Vaxtında, Aydın, Lazımlı!


