Yanukoviç cinayətkar qruplaşma yaratmaqda ittiham olunur
Şübhəli haqqında bildiriş eks-prezidentin məlum olan sonuncu yaşayış yerinə göndərilib. Həmçinin, onun müdafiə hüququnun lazımi qaydada təmin edilməsi üçün yazılı protokolun surətləri vəkillərinə təqdim edilib.
İstintaqın məlumatına görə, Yanukoviç mütəşəkkil cinayətkar qrup yaratmaqda ittiham olunur. Qruplaşmaya Daxili İşlər Nazirliyinin, Təhlükəsizlik Xidmətinin və silahlı qüvvələrin keçmiş məmurları daxil olub. Onların hamısı 2014-cü il fevralın 18-dən 20-dək Kiyevin mərkəzində keçirilən kütləvi etiraz aksiyaları zamanı ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinirlər. İstintaq hesab edir ki, şübhəlilərin hərəkətləri Kiyevin mərkəzi hissəsində etirazçılar arasında kütləvi itkilərə, o cümlədən 67 nəfərin ölümünə səbəb olub. Ümumilikdə eks-prezidentin bu cür əməllərindən 887 mülki şəxs və 132 hüquq-mühafizə orqanının əməkdaşı zərər çəkib.
Bundan əlavə, keçmiş prezident 2004-cü il Konstitusiyasına qayıtmaq üçün səsvermənin dəstəklənməsi üçün 2014-cü il fevralın 18-də Müstəqillik meydanından Ali Radanın binasına yürüş edən nümayişçilərə qarşı terror aktı təşkil etməkdə və 10 nəfəri öldürməyə cəhddə ittiham olunur.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: ViktorYanukoviç İttiham







Vaxtında, Aydın, Lazımlı!


