Dünyanın ilk “cücə” futbol komandası - FOTOLAR

Dünyanın ilk “cücə” futbol komandası - FOTOLAR
  28 Mart 2014    Oxunub:1384
Braziliyada bu il keçiriləcək dünya çempionatı öncəsi ölkənin “cücə” futbol komandası böyük diqqət çəkib.
Təxminən 90 sm boyunda olan futbolçular boylarına görə, onlara olan təzyiqi aradan qaldırmaq üçün 2006-cı ildə öz komandalarını yaradıblar.

Komandanın baş məşqçisi Max onların tribunalarda çox sevildiyini bildirib. Sonuncu dəfə gənclərin çempionatında çıxış edən komanda 30 minlik tamaşaçının böyük alqışını qazanıb.

Saç stilini məşhur futbolçu Vaqner Lava bənzədən komandanın 36 yaşındakı ulduzu yaşına rəğmən sürətinə görə Ronaldoya bənzədilir.
Komandanın diqqət çəkən detallarından biri isə komandada hamının özünə bir ad götürməsidir. Bunlar isə məşhur futbolçuların adlarıdır: Kafu, Robinyo, Lusio və.s.

Normal futbolçular kimi hər gün məşq edən “cücə” komandanın xüsusən sərbəst zərbələr zamanı qurduğu canlı sədd isə daha çox diqqət çəkir.
Bu komandanın 2014 dünya çempionatının başlanmasından öncə meydanlara çıxaraq şou göstərməsi gözlənilir.

“Şimalın divləri” adı verilən komanda dünyanın ilk liliput komandası kimi tarixə düşüb.

Emin Piri

Qalereya




Teqlər:





Xəbər lenti