"Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək" - Akar
H.Akar bildirib ki, Türkiyə bunu bütün platformalarda, apardığı bütün danışıqlarda dəfələrlə bəyan edib və bunu yorulmadan anlatmağa davam edir.
Nazir xatırladıb ki, 30 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, bunun nəticəsində 1 milyon insan böyük əziyyətlər çəkib:
"Qardaşlarımız, günahsız insanlar Ermənistan tərəfindən, xüsusən də Xocalıda qətlə yetirilib. Bütün bunlar baş verən zaman ATƏT-in Minsk qrupu "bu problemlərin danışıqlar yolu ilə həll olunacağını" bəyan etdi. 30 il keçdi. Amma təəssüf ki, heç bir tədbirin görülmədiyini, irəliləyişin olmadığını gördük. Nəticədə azərbaycanlı qardaşlarımız "bəsdir" deyərək 44 gündə böyük Qələbə qazanaraq öz torpaqlarını Ermənistanın işğalından azad etdilər. Bunun sonunda nə oldu? Bunun sonunda türkün gücünü bütün dünyaya nümayiş etdirdilər. Hamı gördü ki, Azərbaycan kimdir, türk kimdir".
AzVision.az
Teqlər: Hulusi-Akar Zəfər-Günü







Vaxtında, Aydın, Lazımlı!


