ABŞ kəşfiyyatının direktoru Ukraynaya görə Moskvaya səfər edib" - KİV

ABŞ kəşfiyyatının direktoru Ukraynaya görə Moskvaya səfər edib" -    KİV
  06 Noyabr 2021    Oxunub:1048
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Bernsin Moskvaya səfərinin məqsədi Rusiyaya Vaşinqtonun Ukrayna sərhədi yaxınlığında rus qoşunlarını cəmləşməsini diqqətlə izlədiyini anlatmaq olub.
AzVision.az xəbər verir ki, bu barədə "CNN" kanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Moskvada keçirilən görüşlərdə Berns Rusiyanı hər hansı hücum əməliyyatı keçirmək planlarına qarşı xəbərdar etməyə çalışıb, bildirib ki, ABŞ Rusiya qoşunlarının bütün hərəkətlərini çox diqqətlə izləyir.

Bundan əlavə, ABŞ kəşfiyyatının rəhbəri ikigünlük rəsmi səfər zamanı Rusiyanın qaz ixracından Ukrayna və Avropa ölkələrinə təzyiq rıçaqı kimi istifadə etməsi mümkünlüyü və bunun da qışda yeni enerji böhranına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin ilə danışıqlar aparıb. Daha sonra o, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətində ABŞ administrasiyasının Rusiyanın hərəkətləri ilə bağlı narahatlığını çatdırıb və Ukrayna liderini rus qoşunlarının fəaliyyətini yaxından izləyəcəyinə əmin edib.

Noyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Amerika mediasının Rusiyanın Ukrayna sərhədinə qoşun yığdığına dair yaydığı məlumatları saxta kampaniya adlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkənin hərbi texnikasının və hərbi hissələrinin daxildə hərəkətinin sırf Moskvanın işi olduğunu söyləyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Rusiya   ABŞ  



Xəbər lenti