Gürcüstanda bir gündə virusdan 68 nəfər öldü

 Gürcüstanda bir gündə virusdan 68 nəfər öldü
  06 Noyabr 2021    Oxunub:545
Gürcüstanda son sutka ərzində 5240 nəfər yeni növ koronavirusa yoluxub, 68 nəfər vəfat edib.
AzVision.az xəbr verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bununla da, ölkədə koronavirusa yoluxanların sayı 743 511, ölənlərin sayı isə 10 368 nəfərə çatıb. İndiyədək 684 154 nəfər sağalıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan   Virus  





Xəbər lenti