Ermənistanda virusa yoluxanların sayı 319 mini keçib

Ermənistanda virusa yoluxanların sayı 319 mini keçib
  06 Noyabr 2021    Oxunub:459
Ermənistanda son sutka ərzində daha 2 283 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 319 016 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 46 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6582-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1332 nəfərdir. Aktiv xəstələrin sayı 31 908 nəfər təşkil edir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti