Ermənistanda qidadan zəhərlənənlərin sayı 98 nəfərə çatıb

Ermənistanda qidadan zəhərlənənlərin sayı 98 nəfərə çatıb
  06 Noyabr 2021    Oxunub:450
Ermənistanın paytaxtı İrəvanda qidadan zəhərlənənlərin sayı 98 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Onların hamısı “Tashir Pizza” restoranlar şəbəkəsində zəhərlənblər. Hazırda 53 nəfər Milli Yoluxucu Xəstəliklər Mərkəzində tibbi yardım alır, onlardan 13-ü azyaşlıdır. Daha 32 nəfər (1 azyaşlı) “Ermənistan” tibb mərkəzində, digərləri isə başqa klinikalarda müalicə alır. Üç nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Bundan əvvəl “Taşir Pizza” şəbəkəsi kütləvi şəkildə zəhərlənmədən sonra yaranmış problemi müəyyən etmək və həlli üçün qida məntəqələrini müvəqqəti bağladığını açıqlayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   zəhərlənmə  





Xəbər lenti