KİV-lər gələn il büdcədən 52 milyon subsidiya alacaq

   KİV-lər gələn il büdcədən 52 milyon subsidiya alacaq
  06 Noyabr 2021    Oxunub:664
Gələn il Azərbaycanın dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə (KİV) 51,9 milyon manat subsidiya ayrılacaq.
AzVision.az -ın xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, həmin vəsait "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin və digər KİV-lərin fəaliyyətinin təmin edilməsinə yönəldiləcək.

AzVision.az


Teqlər: KİV  



Xəbər lenti