Syerra-Leonedə partlayışda 100-dən çox adam ölüb

 Syerra-Leonedə partlayışda 100-dən çox adam ölüb
  06 Noyabr 2021    Oxunub:959
Syerra-Leonedə yanacaq daşıyan tankerin yük maşını ilə toqquşması nəticəsində partlayış baş verib, 100-dən çox adam həlak olub.
AzVision.az verir ki, bu barədə paytaxt Fritaunun meri İvon Aki-Saviyer deyib.

"Bay Bureh yolunda yanacaq daşıyan yük maşınının başqa bir yük maşını ilə toqquşması nəticəsində baş verən partlayış xəbəri məni dərindən kədərləndirdi. 100-dən çox insanın öldüyü barədə məlumat yayılıb. Dəyən maddi ziyanın miqdarı naməlumdur”, - mer "Facebook" səhifəsində yazıb.

O, həlak olanların ailələrinə başsağlığı verib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər:





Xəbər lenti