Qara Dənizdə onları ABÇ-ın “USS Porter” esminesi, “USS Mount Whitney” və “USNS John Lenthall”, həmçinin, onlara qoşulmuş bolqar, rumın və türk gəmilərindən ibarət NATO dəniz qruplaşması gözləyir.
Gəmiləri havadan ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus “McDonnell Douglas F-15E Strike Eagle” təyyarələri müşayiət edirlər. Bu təyyarələr hazırda “Castle Forge” təlimləri çərçivəsində Rumıniya və Bolqarıstana gəliblər.

Ukrayna isə 95-ci desant hücum briqadasını Qorlovka bölgəsinə dislokasiya edib, həmçinin, “Bayraktar”ları yenidən havaya qaldırıb.

Bir neçə gün əvvəl məhz Qorlovka bölgəsində separatçıların “xalq milis qüvvələri” Ukrayna mövqlərinə atəş açmışdı.
Samir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


