Tacik hərbçilər qırğız sərhədçiləri daşa basıb

Tacik hərbçilər qırğız sərhədçiləri daşa basıb
  06 Noyabr 2021    Oxunub:463
Tacikistanın hərbçiləri Qırğızıstan sərhədçilərinin olduğu avtomobili daşa basıblar.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

"Leylək rayonunda Arka-Borborduk tranzit yolunda qırğız hərbçi avtomobillə dönmə əməliyyatı edərkən 5 tacik hərbçi avtomobili daşa basıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib, şüşələri sındırılıb", - açıqlamada vurğulanıb.

Məlumata görə, faktla bağlı araşdırma aparılacaq. İki ölkənin qeyd edilən istiqamətdəki sərhəd nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qırğızıstan   Tacikistan  





Xəbər lenti