Almaniyada bıçaqlı hücum olub, 3 nəfər yaralanıb

Almaniyada bıçaqlı hücum olub, 3 nəfər yaralanıb
  06 Noyabr 2021    Oxunub:539
Almaniyada naməlum şəxsin sürət qatarında insanlara hücum edərək 3 nəfərə bıçaqla xəsarətlər yetirib.
AzVision.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Hadisə Bavariyanın Yuxarı Pfals rayonunda baş verib. Hücumda şübhəli bilinən şəxs saxlanılıb. O, 27 yaşlı ərəb əsilli gəncdir.

Qəzetin yazdığına görə, hücum edən şəxs hadisə anında özünü qeyri-adekvat aparıb. Hazırda müstəntiqlər cinayətin terror motivini istisna edirlər.
Hücum edən şəxsin ortaqlarının ola biləcəyi barədə məlumatlar yoxlanılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Almaniya   Hücum  



Xəbər lenti