Dünyada ən çox milyoner bu ölkədə yaşayır

Dünyada ən çox milyoner bu ölkədə yaşayır
  28 Mart 2014    Oxunub:1288
Statistikaya görə, dünyadakı milyonerlərin əksəriyyəti İngiltərədə yaşamağa üstünlük verirlər.
AzVision.az xəbər verir ki, bu New World Wealth şirkətinin araşdırmasında məlum olub. Araşdırmaya görə, 2003-2013-cü illər ərzində 114 min 100 milyoner İngiltərədə mənzil sahibi olublar.

Milyonerlərin İngiltərədən sonra üstünlük verdiyi ikinci ölkə Sinqapurdur. Bu ölkəyə ümumilikdə 45 min milyoner köçüb. ABŞ isə son 10 ildə ən çox milyonerlərin köç etdiyi ölkələr arasında üçüncü yerdədir. Bu ölkəyə 42 min 400 milyoner köçüb.

Araşdırmada göstərilir ki, köçən milyonerlərin böyük əksəriyyəti Çin vətəndaşlarıdır. Çindən son 10 ildə digər ölkələrə köçən milyonerlərin sayı 76 min 200 nəfərdir. Çindən sonra isə milyonerler daha çox Fransa, İtaliya və Rusiyadan köçüb digər ölkələrdə yaşayırlar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti