Syerra-Leonedə yanacaq tankerinin partlaması 108 nəfərin ölümünə səbəb olub

Syerra-Leonedə yanacaq tankerinin partlaması 108 nəfərin ölümünə səbəb olub
  06 Noyabr 2021    Oxunub:1224
Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 108 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 108-ə çatıb, daha 92 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.

AzVision.az



Teqlər: Tanker   Partlayış  



Xəbər lenti