Şəhid Elməddin Məhərrəmovun xatirəsi yad edilib

Şəhid Elməddin Məhərrəmovun xatirəsi yad edilib
  07 Noyabr 2021    Oxunub:958
Vətən müharibəsi şəhidi Elməddin Məhərrəmovun xatirəsinə həsr olunmuş fleşmob təşkil edilib.
AzVision.az xəbər verir ki, fleşmob Siyəzən rayonunda yerləşən 6 saylı məktəb-liseyin həyətində yüzlərlə şagirdin iştirakı ilə təşkil olunub. Məktəbin həyətinə şəhid Elməddin Məhərrəmovun və xidmət etdiyi hərbi birliyin - Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) adı yazılıb.

Fleşmobun təşkilatçıları şəhidin bacısı Aytac Məhərrəmova, Siyəzən şəhər 6 saylı məktəb-liseyin rəhbərliyi, uşaq təşkilat rəhbəri Gülnar Muradova, məktəbin şagird və müəllim kollektivi olub.

Qeyd edək ki, Elməddin Şahlar oğlu Məhərrəmov 1999-cu il noyabrın 13-də Siyəzən rayonunun Məşrif kəndində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı şəhid olub.



Ermənilərin onlarla tankını, hərbi texnikasını məhv edən Elməddinin Murovdağın, Füzulinin, Cəbrayılın azad olunmasında misilsiz xidmətləri olub.

Elməddin Məhərrəmov "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "Cəsur döyüşçü" medalları ilə təltif olunub.



AzVision.az



Teqlər: Şəhid  





Xəbər lenti