Türkiyə səfirindən Zəfər Günü təbriki

   Türkiyə səfirindən Zəfər Günü təbriki
  08 Noyabr 2021    Oxunub:719
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 8 Noyabr - Zəfər Günü münasibətilə tviter səhifəsində paylaşım edib.
AzVision.az xəbər verir ki, diplomatın paylaşımında deyilir:

“Dostun gəlişi bayram olar.

Yığılsın ozanlar

Çalsın sazlar

Bu gün Zəfər Günüdür".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Cahit-Bağçı   Zəfər-Günü  



Xəbər lenti