Ukrayna səfiri Azərbaycanı təbrik edib

Ukrayna səfiri Azərbaycanı təbrik edib
  08 Noyabr 2021    Oxunub:515
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə diplomat tvitter səhifəsində paylaşım edib.

Dost Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edirik! Qarabağ münaqişəsinin sona çatması postsovet məkanında digər dondurulmuş münaqişələrin aradan qaldırılması istiqamətində mühüm addım oldu və Ukraynanı işğalçı üzərində öz qələbəsinə yaxınlaşdırdı", - səfir qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ukrayna-səfir   Təbrik  





Xəbər lenti