Mustafa Şentop Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Parlament sədri qeyd edib ki, Vətən müharibəsi nəticəsində “iki dövlət, bir millət” şüarı ilə əlaqələrimizi davam etdirdiyimiz Azərbaycanın haqlı zəfərinin coşqusunu bölüşürük.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan 44 gündə tarix yazıb və 30 il davam edən işğala son qoyub: “Bu haqlı mübarizə nəticəsində 8 noyabr 2020-ci il tarixində hamımız üçün böyük anlamı olan Şuşa işğaldan azad edilib, Azərbaycan döyüş meydanında qazandığı zəfəri 9 noyabrda imzalanmış üçtərəfli bəyanatla taclandırıb. Vətən müharibəsində şəhadətə ucalan əziz qəhrəmanlarımızın xatirəsini rəhmət və ehtiramla anırıq. Dost və qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”, - məktubda vurğulanıb.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Mustafa-Şentop Təbrik