Pakistan səfirliyindən Zəfər Günü paylaşımı

Pakistan səfirliyindən Zəfər Günü paylaşımı
  08 Noyabr 2021    Oxunub:585
Pakistanın ölkəmizdəki səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

AzVision.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

"Qəhrəman Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. "Hərə bir qəhrəman oldu" sözlərinin bariz nümunəsi olan igid şəhidlərin ruhuna dualar oxuyuruq. Zəfərin mübarək, qələbən daim olsun Azərbaycan!", - təbrikdə vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Pakistan   Zəfər-Günü  





Xəbər lenti