İran səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib

   İran səfirliyi Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
  08 Noyabr 2021    Oxunub:719
İranın ölkəmizdəki səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin Twitter hesabında paylaşım edilib.

"İran səfirliyi dost, qardaş və qonşu Azərbaycan dövlətini və xalqını işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün möhkəmləndirilməsinin, xüsusilə də İran-Azərbaycan müştərək sərhədlərinin 132 km-lik hissəsinin bərpa edilməsinin birinci ildönümü münasibətilə təbrik edir", - paylaşımda deyilir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran-səfirliyi   Zəfər-Günü  





Xəbər lenti