"Putin, İlham Əliyev və Paşinyan arasında danışıqlara hazırlıq gedir" - Kreml

 "Putin, İlham Əliyev və Paşinyan arasında danışıqlara hazırlıq gedir" -  Kreml
  08 Noyabr 2021    Oxunub:743
"Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın arasında video-konfrans formatında danışıqların aparılması ilə bağlı hazırlıqlar davam edir".
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, danışıqların dəqiq tarixi barədə hələlik məlumat yoxdur.

"Biz, belə bir görüşün hazırlanması istiqamətində iş getdiyini təsdiqləyirik. Amma video-konfransın nə vaxt keçirilə biləcəyi barədə dəqiq razılaşma və anlaşma yoxdur. Bu iş davam edir”, - Peskov söyləyib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Üçtərəfli-Görüş  





Xəbər lenti