İran həmişə Azərbaycan ərazisinin işğalına qarşı olub" - XİN

   İran həmişə Azərbaycan ərazisinin işğalına qarşı olub" -    XİN
  08 Noyabr 2021    Oxunub:541
"İran Azərbaycanı qələbəsinin birinci ildönümü münasibətilə təbrik edir".
AzVision.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, İran ötən 30 ildə həmişə Azərbaycanın ərazisinin işğalına qarşı olub və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Ötən il də İran Azərbaycan ərazisinin işğaldan azad olunmasından sonra Azərbaycan dövləti və xalqını təbrik etdi. İki ölkə rəhbərlərinin iradəsi münasibətlərin inkişaf etdirilməsidir. Ümid edirik ki, iki ölkə arasında münasibətlər daha da inkişaf edəcək".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İran-XİN  





Xəbər lenti