Britaniyada Zəfər günü qeyd edilib

Britaniyada Zəfər günü qeyd edilib
  08 Noyabr 2021    Oxunub :489
Britaniya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə “Zəfər” bayramı qeyd edilib.
Bu barədə AzVision.az -a Britaniya Azərbaycanlıları Assosiasiyasının sədri Hafiz Baxşəliyev bildirib.
“27 Sentyabr 2020-ci il anidən "Müharibə başladı!" xəbəri hər birimizi həyəcanlandırdı. O andan etibarən istər Azərbaycanda olan, istər xaricdə yaşayan hər kəs, hətta uşaqlar belə bir olub vətənə əllərindən gələn dəstəyi vermək üçün çalışmağa başladı.
İlk əvvəl səbrsizliklə gözlədiyimiz müharibə əmrini verdiyi üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkür edirik. Məğrur duruşu, siyasəti ilə başda cənab Ali Baş Komandan olmaqla, Qarabağ müharibəsində iştirak edən cəsur əsgər və zabitlərimizə, qazilərə, şəhid ailələrinə, könüllü həkimlərə və s. ömür boyu borclu olduğumuzu bildiririk. Onların borcundan çıxmaq üçün, hər birimiz vətənimizi və bayrağımızı daim ləyaqətlə təmsil etməli, şəhid əmanətlərin sahib çıxmalıyıq" Hafiz Baxşəliyev deyib.



O qeyd edib ki, bu gün bütün Azərbaycan xalqının bayram etməsi üçün igid oğullarımız canlarından keçdilər. Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və başqa şəxslər də iştirak ediblər.





AzVision.az

Teqlər: Zəfər   Tədbir   Britaniya  







Xəbər lenti