Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik edib

   Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik edib
  08 Noyabr 2021    Oxunub:905
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə birinci xanım tviter hesabında paylaşım edib.

“Can Azərbaycanın vətən torpağı Qarabağı əzmkar mübarizə ilə azad etməsinin birinci ildönümünü canı-könüldən təbrik edirəm. Vətən sevgisi vətən torpağına qarışmış bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla anıram”, - xanım Ərdoğan qeyd edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əminə-Ərdoğan   Təbrik  





Xəbər lenti