Azərbaycan Bayrağı və Xarı bülbül Tbilisi səmasında - FOTO
Bu gün, eyni zamanda, şəhərin “Sülh körpü”sündən başlayaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti qayığı Tbilisinin mərkəzində, Kür çayı boyunca hərəkət edib. Azərbaycanın Gürcüstandakı Səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşan katerlərdən bayrağımızın rənglərində olan 600 ədəd şar havaya buraxılıb. Orijinal fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.
Qeyd edək ki, hər iki aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
AzVision.az
Teqlər: Tbilisi