Lavrov erməni həmkarı ilə danışıb

   Lavrov erməni həmkarı ilə danışıb
  08 Noyabr 2021    Oxunub:754
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
AzVision.az -ın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirlər 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.

XİN rəhbərləri Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.

AzVision.az


Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti