Dünyada 45 milyon insan aclıqdan əziyyət çəkir

Dünyada 45 milyon insan aclıqdan əziyyət çəkir
  09 Noyabr 2021    Oxunub:863
Birləşmiş Millətlər Təşkilatının Qida Agentliyi dünyanın 43 ölkəsində 45 milyona yaxın insanın aclıq təhlükəsi ilə üz-üzə qaldıöınl açıqlayıb.
AzVision.az -ın məlumatına görə, bu barədə Ümumdünya Ərzaq Proqramının (WFP) açıqlamasında qeyd edilib. Bildirilib ki, ilin əvvəlində 42 milyonluq göstəricinin 3 milyon artması, əsasən, Əfqanıstanda aclıqla üzləşənləri qeydə alınması ilə bağlıdır.

"On milyonlarla insan uçurumun astanasındadır. Münaqişələr, iqlim dəyişikliyi və COVID-19 aclıqdan əziyyət çəkənlərin sayını artırır", deyə WFP İcraçı Direktoru Devid Bizli bildirib.

O əlavə edib ki, Ümumdünya Ərzaq Proqramının dəstəyi Əfaqnıstanda 23 milyon insanı əhatə edib.

AzVision.az


Teqlər: Aclıq  



Xəbər lenti