Rüstəm Muradov sabah Qarabağa gedəcək

 Rüstəm Muradov sabah Qarabağa gedəcək
  09 Noyabr 2021    Oxunub:1140
Rusiyalı general Rüstəm Muradov bu gün Ermənistana gedəcək, sabah isə Qarabağda olacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazıb.

Məlumata görə, Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinin birinci ildönümün ilə bağlı tədbirin keçirilməsi planlaşdırılır.

"Rusiya Müdafiə Nazirliyi 200-ə yaxın medal buraxıb, onları Cənub Hərbi Dairəsinin komandirinin müavini Rüstəm Muradov gətirəcək. Medallar fərqlənən hərbçilərə təqdim edilkəcək", - qəzet yazıb.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Rüstəm-Muradov   Qarabağ  





Xəbər lenti