Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında dava olub

Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında dava olub
  09 Noyabr 2021    Oxunub:602
Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub.
AzVision.az xəbər verir ki, bu barədə '“shamshyan.com ” saytı məlumat yayıb.

Ermənistan polisinin açıqlamasına görə, Rusiya vətəndaşları - 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri - 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub. Nəticədə A.Avanesyan müxtəlif bədən xəsarətləri alıb, o, hospitala yerləşdirilib.

Rusiya hərbçiləri isə polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Ermənistan  





Xəbər lenti